İnterpol Bakıda doğulan ermənini axtarır

İnterpol Bakıda doğulan ermənini axtarır
  24 Mart 2016    Oxunub:3199
Rusiya rüşvət almaqda təqsirləndirilən ermənini beynəlxalq axtarışa verib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir. O, Rusiyadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və tutulması üçün İnterpola müraciət olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti