Rusiya konsulluğuna hücum edilib

Rusiya konsulluğuna hücum edilib
  24 Mart 2016    Oxunub:2228
Ukraynanın Odessa şəhərində Rusiya konsulluğuna hücum olub.
Məlumatı Rusiyanın Odessadakı konsulu Valeri Katunkin də təsdiq edib.

Valeri Katunkin konsulluq binasına yumurta atıldığını bildirib: “Bu gün konsulluğun binası yaxınlığında aksiya keçirildi. Özlərini Odessanın vətənpərvər qüvvələrinin üzvləri adlandıran təxminən 30-35 şəxs konsulluğun binasına yumurta atdılar”.

Qeyd edək ki, aksiya iştirakçıları ukraynalı hərbçi Nadejda Savçenkonun azad edilməsini tələb ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti