Tramp arvadının lüt şəklinə görə dalaşdı

Tramp arvadının lüt şəklinə görə dalaşdı
  24 Mart 2016    Oxunub:13667
ABŞ-da prezidentliyə namizəd Donald Trampla rəqibi Ted Kruz arasında dava düşüb.
RAC Make America Awesome hərəkatı fəallarının Trampın həyat yoldaşının Twitter sosial şəbəkəsində açıq-saçıq fotolarını yayması prezidentliyə namizədi qəzəbləndirib.

“Melaniya Trampla tanış olun, sizin növbəti birinci ledinizdir. Yoxsa siz Ted Kruza səs verə bilərsiniz”-deyə Trampın həyat yoldaşının fotosu sosial şəbəkədə paylaşılıb.

Tramp bunun Ted Kruz tərəfindən edildiyindən şübhələnərək rəqibini həyat yoldaşı ilə şantaj edib: “Yalançı Ted Melaniyanın GQ reklamından fotosundan istifadə edib. Ehtiyatlı ol, Ted əks halda mən sənin arvadının gizlinlərini aça bilərəm”,

Kruz isə cavabında foto ilə bağlılığının olmadığını bəyan edib: “Donald, əgər sən Xaydi incitməyə cəhd göstərsən, onda sən mən düşündüyümdən daha əclafsan”.



AzVision.az


Teqlər:  





Xəbər lenti