İrəvan-Moskva təyyarəsində bomba həyəcanı

İrəvan-Moskva təyyarəsində bomba həyəcanı
  24 Mart 2016    Oxunub:2457
Ermənistanın hüquq-mühafizə orqanları İrəvan-Moskva təyyarəsinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın polisinin mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan məlumat verib.

Daha əvvəl Yerevanın “Zvartnots” hava limanına çoxlu sayda polis, Milli Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı cəlb olunub. Buna səbəb, hüquq-mühafizə orqanlarına Yerevandan Moskvaya uçacaq təyyarəyə bomba qoyulması barədə məlumat daxil olmasıdır. Məktub elektron poçt vasitəsilə göndərilib.

Hava limanının sözçüsü Gevorq Abramyan hazırda hava limanında vəziyyətin sakit olduğunu bildirib:

“Hər şey yaxşıdır, panika yoxdur. Aeroport binasının girişində həmişə olduğu kimi iki polis avtomobili növbə çəkir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti