40 nəfər zəhərlənərək ölüb

40 nəfər zəhərlənərək ölüb
  25 Mart 2016    Oxunub:1761
Pakistanın Karaçi şəhərində 40 nəfər keyfiyyətsiz alkoqollu içkidən zəhərlənərək ölüb.
Bu barədə yerli polisə istinadən “ARY News” telekanalı məlumat yayıb.

Məlumata görə, zəhərlənmə nəticəsində təqribən 14 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. Ölənlərdən ikisi qadındır. Zəhərlənənlərin əksəriyyəti Holi bayramını qeyd edən induizm dininin nümayəndələridir.

AzVision.az


Teqlər:





Xəbər lenti