Putin və Kerri 4 saat nəyi müzakirə etdi?

Putin və Kerri 4 saat nəyi müzakirə etdi?
  25 Mart 2016    Oxunub:3508
Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerri arasında görüş 4 saat davam edib.

AzVision.az “TASS”a istinadən xəbər verir ki, görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edib.

Putin görüş zamanı ABŞ nümayəndələrinin Moskvaya işgüzar səfərlərindən həmişə məmnun olduğunu bildirib: “Bu görüşlər müəyyən məsələlərdə həmfikirliyə, ikitərəfli və beynəlxalq məsələlərdə irəliləyişə nail olmağa şans yaradır”.

Kerri, öz növbəsində Ukraynadakı vəziyyətin tezliklə həll olunmasına dair ABŞ-ın bir sıra planını müzakirə etməyi təklif edib.

Daha sonra görüş qapalı keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti