`Putini daha yaxşı anlamağa başladıq` – Kerri

`Putini daha yaxşı anlamağa başladıq` – Kerri
  25 Mart 2016    Oxunub:2190
ABŞ dövlət katibi Con Kerri bildirib ki, Amerika tərəfi Moskva keçirilən danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinin son zamanlar qəbul etdiyi qərarları daha yaxşı anlamağa başlayıb.
AzVision.az “RİA Novosti”yə istinadən verdiyi xəbər verir ki, bu barədə Kerri Moskvada keçirilən danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Bu gün biz Rusiya prezidenti Vladimir Putinin qəbul etdiyi qərarları və irəliləyişə hansı yolla nail olmağı daha yaxşı anlamağa başlamışıq. Bizim qarşımızda hələ çox uzun yol durur, lakin mən artıq tərəfdaşlarımızla hansı addımları atacağımızı daha yaxşı anlayıram”, - deyə Kerri vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri arasında görüş 4 saat davam edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti