3 min əcnəbi Türkiyədən deportasiya olunub

3 min əcnəbi Türkiyədən deportasiya olunub
  25 Mart 2016    Oxunub:1993
Son altı ildə terrorçuluqla şübhəli əlaqələrinə görə, 128 ölkədən 38 min 269 nəfərin Türkiyəyə gəlməsinə qadağa qoyulub.
Rəsmi məlumata görə, terrorçuluq fəaliyyəti səbəbindən 95 ölkədən 3 min 290 nəfər Türkiyədən təmsil olunduğu ölkələrə deportasiya olunub.

Eləcə də, 2016-cı il martın 22-də Belçikanın paytaxtı Brüsseldə hava limanında və metroda törədilən üç partlayış nəticəsində 34 şəxsin həlak olması, xeyli sayda insanın yaralanması ilə nəticələnən qanlı terror aktlarını törədənlərdən biri – İbrahim əl-Bakraui Niderland vətəndaşı olduğu üçün 14 avqust 2015-ci il tarixində Türkiyədə saxlanılaraq pasport qeydiyyatında olduğu ölkəyə göndərilib.

Türkiyə tərəfi diplomatik kanallarla İbrahim əl-Bakrauinin İŞID terrorçu qruplaşması ilə əlaqəsi barədə faktları Niderlandın Xarici İşlər Nazirliyinə çatdırıb.


Teqlər:





Xəbər lenti