Putinlə Obama ilin sonuna kimi görüşə bilər

Putinlə Obama ilin sonuna kimi görüşə bilər
  25 Mart 2016    Oxunub:1602
“ABŞ dövlət katibi Conn Kerrinin Moskvaya səfəri zamanı Rusiya və ABŞ prezidentlərinin görüşü məsələsi müzakirə mövzusu olmayıb”.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Nazir müavini bildirib ki, buna baxmayaraq, ilin sonuna kimi Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında görüş baş tuta bilər.

“Hazırda hər iki ölkənin başçısı əlaqədədir. Onlar arasında son vaxtlar bir neçə telefon əlaqəsi olub. Ötən il isə görüş keçirilib. Bu il də bu cür əlaqələr üçün imkan olacaq”, - deyə S.Ryabkov qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti