İran ABŞ-a meydan oxudu: `Heç kim bizi dayandıra bilməz`

İran ABŞ-a meydan oxudu: `Heç kim bizi dayandıra bilməz`
  25 Mart 2016    Oxunub:2826
ABŞ-ın İranın raket proqramı ilə əlaqədar İranın bəzi şirkətlərinə və şəxslərinə yeni sanksiya tətbiqi rəsmi Tehranın sərt reaksiyasına səbəb olub.

AzVision.az-ın məlumatına görə, məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Cabir Ensari rəsmi Tehranın raket ehtiyatını daha da artıracağını bəyan edib.

XİN sözçüsü bildirib ki, İranın raket proqramı tamamilə müdafiə məqsədlidir: “Heç bir müqavimət İranın müdafiəsini gücləndirəcək qanuni haqqından məhrum edə bilməz.

Bizim raket proqramımız, dünya gücləri ilə nüvə proqramı sahəsində əldə olunan razılaşmaya ziddiyyət təşkil etmir. Eyni zamanda İranın raket proqramı üzərində çalışması BMT Təhlükəsizlik Şurasının qərarlarına da zidd deyil”, - deyə H.Ensari vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti