Putin Kadırovun səlahiyyət müddətini uzatdı

Putin Kadırovun səlahiyyət müddətini uzatdı
  25 Mart 2016    Oxunub:2413
Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırovun səlahiyyət müddətini artırıb.
Bu barədə AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir.

Rusiya prezidentinin imzaladığı fərmana əsasən səlahiyyət müddəti aprelin 5-də bitən R. Kadırov sentyabra qədər Çeçenistan Respublikasının rəhbəri vəzifəsini icra edəcək.

V. Putin R. Kadırovla görüşdə onun sentyabrda keçiriləcək seçkilərdə iştirak edəcəyinə ümid etdiyini də bildirib.

Qeyd edək ki, Ramzan Kadırov 15 fevral 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti