“NTVSpor” telekanalı bağlanır

“NTVSpor” telekanalı bağlanır
  25 Mart 2016    Oxunub:2179
Türkiyənin məşhur idman telekanallarından olan “NTVSpor” maddi çətinliyə görə fəaliyyətini dayandırır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq kanalın bağlanmasına hazırlıq işlərinə başlanıb. Kanal artıq bir müddətdir zərərlə işləyir.

İlk olaraq kanalın tanınmış aparıcıları Özgür Buzbaş, Irmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dalla birlikdə 30 nəfər işdən çıxarılıb və onlara müvafiq əmr təqdim edilib. Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək, bu prosesin yekununda isə “NTVSpor”un yayımı tamamilə dayandırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti