Avropada antiterror əməliyyatları -Həbs edilənlər var

Avropada antiterror əməliyyatları -Həbs edilənlər var
  25 Mart 2016    Oxunub:2131
Almaniyada Brüsseldə törədilmiş terror aktları ilə əlaqəsi olduğu iddia edilən iki nəfər saxlanılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə xəbəri “Die Welt” nəşri yazıb. Saxlanılan şəxslərin mobil telefonunda terror aktından 3 dəqiqə əvvəl kamikadzelərin birinin göndərdiyi sms aşkar edilib. Smsdə “Artıq son” yazılıb.

Bundan başqa Samir E. adlı saxlanılan şəxs Brüsseldə hava limanı və metro stansiyalarında terror aktları törədən kamikadzelərdən biri İbrahim el-Bakraoui ilə birlikdə ötən il Türkiyədən deportasiya olunmuşdu.

Eyni zamanda anti-terror əməliyyatları çərçivəsində Belçikada 6 nəfər, Parisdə isə 1 nəfər saxlanılıb.



Teqlər:  





Xəbər lenti