Brüsseldə növbəti partlayış - Ölən var

Brüsseldə növbəti partlayış - Ölən var
  25 Mart 2016    Oxunub:5274
Belçikanın paytaxtı Brüsseldə yenidən iki güclü partlayış baş verib.
AzVision.az xəbər verir ki, partlayış şəhərin Sxarbek rayonunda qeydə alınıb.

Hadisə yerinin yaxınlığından keçən tramvayın sərnişinləri təxliyyə edilib. Nəqliyyatın hərəkəti dayandırılıb.

Hazırda partlayış baş verən ərazidə polis xüsusi əməliyyat keçirir. Partlayıcı maddələri zərərsizləşdirən ekspertlərin olduğu ərazi təhlükəsizlik məqsədilə dövrəyə alınıb. Partlayışların səbəbi hələ bilinmir. Əməliyyata 50-dək polis cəlb olunub.

Yerli mətbuatın yaydığı xəbərə görə, əməliyyat zamanı 1 naməlum şəxs öldürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti