Belçika da İŞİD-i bombalayacaq

Belçika da İŞİD-i bombalayacaq
  25 Mart 2016    Oxunub:2048
Belçika ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasına yenidən qoşulub.
AzVision.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Şarl Mişel deyib. Onun sözlərinə görə, Belçika İŞİD terror təşkilatına qarşı mübarizə üçün əlavə F16 qırıcı təyyarələri, nəqliyyat təyyarəsi və çevik hərəkət qüvvələri yollamaq istəyir.

Baş nazir vurğulayıb ki, hazırda hökumətdə və parlamentdə “F-16” ların mandatının genişləndirilməsi imkanları da nəzərdən keçirilir.

Qanunvericilərin əksəriyyəti hərbi hava qüvvələrinin İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirməsinə razılıq veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti