Avtobus yük maşını ilə toqquşdu - 12 ölü

Avtobus yük maşını ilə toqquşdu - 12 ölü
  25 Mart 2016    Oxunub:1901
Fransada ağır yol qəzası baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Overn ərazisində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb.

Yaralıların sayı barədə məlumat verilmir. Avtobusda ölənlərin hamısı İsveçrədən qayıdan Portuqaliya vətəndaşları olub. Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti