Rusiya Özbəkistanın borcunu sildi
2014-cü ilin 1 noyabr tarixinə Özbəkistanın Rusiyaya borcunun məbləği 889,3 milyon dollar təşkil edib ki, bunun da 388,7 milyon dolları faiz borclarıdır. Özbəkistan hakimiyyəti yalnız 43,1 milyon dollarlıq borcun mövcudluğunu deyir və keçmiş SSRİ-nin Almaz fondundakı payına iddialıdır.
Sazişin şərtlərinə görə, tərəflər öz tələblətindən əl çəkməli və Özbəkistan Rusiyaya 25 milyon dollar vəsait ödəməlidir.
AzVision.az