Putin Kadırovu `yaxşı təsərrüfatçı` adlandırıb

Putin Kadırovu `yaxşı təsərrüfatçı` adlandırıb
  26 Mart 2016    Oxunub:2751
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun seçkilər keçirilən vaxta qədər Respublika başçısı vəzifəsinin icraçısı təyin olunması haqqında fərman imzalayıb.

AzVision.az BBC-ə istinadən xəbər verir ki, belə qərarın qəbul olunması Kadırovun səlahiyyətlərinin aprelin 5-də başa çatması, respublikada prezident seçkilərinin isə sentyabr ayına təyin olunması ilə bağlıdır.

Putin bu seçkilərdə Kadırovun iştirak edəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Çeçenistan sakinləri, çeçen xalqı sizin respublika üçün etdiklərinizi seçki kampaniyası əsnasında layiqincə qiymətləndirə bilər”, - deyə Putin Kadırovu “yaxşı təsərrüfatçı” adlandırıb.

Eyni zamanda Putin, nəyi nəzərdə tutuduğunu açıqlamayaraq, Kadırovu “həyatımızın bütün sahələrində Rusiya qanunlarına riayət olunması üçün əlindən gələni” etməyə çağırıb.

Prezident Putin, həmçinin Kadırovun prezidentliyi dövründə respublikanın təhlükəsiz yerə çevrildiyini bəyan edib, lakin Çeçenistanda hüquq müdafiəçilərinə hücum hallarını xatırlatmayıb.

Qeyd edək ki, bu ilin fevral ayında Ramzan Kadırov öz vəzifəsini başqasına təhvil verməyə hazır olduğunu demişdi.

“Mən deyirəm: mənim vaxtım gəlib. Hesab edirəm ki, hər bir insanın hüdudu var, və Kadırov üçün bu, zirvədir”, - o, NTV telekanalına deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti