Klinton prezidentlik uğrunda mübarizəni dayandırdı

Klinton prezidentlik uğrunda mübarizəni dayandırdı
  26 Mart 2016    Oxunub:9914
ABŞ-ın sabiq birinci xanımı Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Klintonun seçki qərargahının rəhbəri Robbi Muk məlumat verib.

Onun sözlərinə görə, H. Kilnton səhhəti ilə bağlı seçki marafonunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, ABŞ-dakı mövcud praktikaya əsasən demokratların prezidentliyə namizədi olmaq üçün mübarizə aparan şəxs yarışı dayandırsa da, namizəd olaraq qalır və ilkin seçkidə qazandığı səsləri qoruyur, həmçinin müəyyən mərhələdə namizədliyini bərpa etmək hüququnu özündə saxlayır. Namizədliyini birdəfəlik geri götürən şəxs isə “praymeriz”də əldə etdiyi səsləri itirir.

.İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti