Obamanı Facebook-da hədələyən şəxsə 3 il həbs

Obamanı Facebook-da hədələyən şəxsə 3 il həbs
  26 Mart 2016    Oxunub:2002
ABŞ-da prezident Barak Obamanı Facebook-da hədələyən şəxs azadlıqdan məhrum edilib.
Viskonsin ştatının hakimi Uilyam Konli ötən ilin yayında Barak Obamanın ünvanına hədə xarakteri şərh yazan Brayan Datçerin üç il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Datçer 2015-ci ilin iyununda Facebook-da yazıb ki, konstitusion hüququndan istifadə edərək Barak Obamanı La-Kross şəhərinə səfəri zamanı öldürəcək. La-Kross kitabxanasının mühafizəçisi bildirib ki, Brayan Datçer ona prezidenti güllələmək niyyətindən danışıb. Yanvarda federal andlılar məhkəməsi Datçeri prezident Obamanı hədələməkdə təqsirli bilib.

2013-cü ilin iyununda Alabama sakini də sosial şəbəkədə Obamanın ünvanına yazdığı hədə bəyanatına görə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.




Teqlər:  





Xəbər lenti