15 yaşlı oğlan 65 nəfəri öldürüb - VİDEO

15 yaşlı oğlan 65 nəfəri öldürüb - VİDEO
  26 Mart 2016    Oxunub:8775
İraqın paytaxtı Bağdaddan 50 kilometr cənubdakı İsgəndəriyyə şəhərində futbol matçında törədilən terror nəticəsində ölənlərin sayı 65-ə çatıb.
AzVision.az-ın məlumatına görə, həvəskar komandalar arasında keçirilən matç zamanı tribunada “canlı bomba”nın özünü partlatması nəticəsində 65 nəfər həlak olub, 80 nəfər yaralanıb.

Partlayış anı izləyicilərdən birinin telefonundakı kameralara düşüb. Görüntülərə görə, canlı bombanın 15-16 yaşlı yeniyetmə olması məlum olub. Onun adı Saifullah al-Ansaridir.

Qeyd edək ki, terakta görə məsuliyyəti İŞİD boynuna götürüb.



AzVision.az


Teqlər:  





Xəbər lenti