Rusiya Türkiyə qarşısında şərt qoydu: `Ankara bunu etməsə...`

Rusiya Türkiyə qarşısında şərt qoydu: `Ankara bunu etməsə...`
  26 Mart 2016    Oxunub:4657
`Hazırda Rusiya Türkiyə ilə heç bir təmasa hazır deyil`.

AzVision.az-ın məlumatına görə, belə bir açıqlama ilə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

6 ay öncəyə qədər iki ölkə arasındakı əlaqələrin örnək göstərildiyini xatırladan Peskov münasibətlərin pozulmasına görə, Türkiyə tərəfini suçlayıb.

“Bu fəlakətə səbəb rəsmi Ankaradır və ancaq onlar vəziyyəti düzəldə bilərlər. Hazırda Rusiya Türkiyə ilə heç bir təmasa hazır deyil. Rəsmi Ankara lazım olanı etməsə, hər hansı bir təmasın baş verməsi müzakirə mövzusu deyil”, - deyə D.Peskov vurğulayıb.

Xatırladaq ki, 2015-ci ilin 24 noyabrında Türkiyənin Rusiyaya məxsus SU-24 qırıcısını vurmasından bəri iki ölkə arasında münasibətlər gərgin olaraq qalır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti