Brüsseli partladan kamikadze Merkellə selfie çəkdirib - FOTO

Brüsseli partladan kamikadze Merkellə selfie çəkdirib - FOTO
  26 Mart 2016    Oxunub:12229
Brüsselin hava limanında partlayış törədən ikinci kamikadze Nəcim Laaşraui Almaniya kansleri Angela Merkellə selfi edibmiş.
AzVision.az xəbər verir ki, belə bir iddia sosial şəbəkədə yayılıb. Qeyd olunub ki, Merkellə şəkil çəkdirən oğlan kamikadze olub.

Onlar selfini bir il bundan öncə xanım diplomatın miqrantlar üçün salınan düşərgəyə səfər etdiyi zaman çəkdirib.

O, zaman yerli mətbuat şəkildəki oğlanın Suriyadan gələn miqrant olduğunu açqlamışdı.

Rəsmi Berlin isə fotodakı oğlanın Brüsselin hava limanında partlayış törədən ikinci kamikadze Nəcim Laaşraui olub-olmamasına hələ ki, münasibət bildirməyib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti