Rusiyadan Qarabağ açıqlaması: `Vəziyyət yaxşı deyil`

Rusiyadan Qarabağ açıqlaması: `Vəziyyət yaxşı deyil`
  27 Mart 2016    Oxunub:3781
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vəziyyət yaxşı deyil”.

AzVision.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirir.

“Rusiya prosesin yerində saymaması, zəif də olsa, davamlı irəliləməsi üçün ardıcıl surətdə əlindən gələni edir. Hələ ki öyünməyə bir əsas yoxdur. Lakin yeganə çıxış ondadır ki, bu “beşlik” həm Yerevan, həm də Bakı üçün əlverişli şərtlər hazırlasın”.

AzVision.az


Teqlər:  





Xəbər lenti