Partlayışda ölənlərin sayı 41 nəfərə çatıb

Partlayışda ölənlərin sayı 41 nəfərə çatıb
  27 Mart 2016    Oxunub:1965
Bağdad yaxınlığındakı stadionda törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Bu barədə İranın Press-TV kanalı məlumat yayıb.

Qeyd edək ki, terrorçu-kamikadze üzərindəki partlayıcını futbol oyununun qalibinin mükafatlandırılması mərasimində işə salıb.

Terror aktının qurbanları arasında kənd administrasiyası başçısının və şiə könüllərinin komandirinin də olduğu bildirilir. Partlayış nəticəsində 65 nəfər xəsarət alıb.

Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.


Teqlər:





Xəbər lenti