Cennifer, Beyons, Enrike milyarder oğlunun toyunda – FOTOLAR (VİDEO)

Cennifer, Beyons, Enrike milyarder oğlunun toyunda – FOTOLAR (VİDEO)
  27 Mart 2016    Oxunub:117248
Rusiyanın “Russneft” şirkətinin əsas səhmdarı olan Səid Quçeriyevin oğlu Mixailin toyunda Stinq, Cennifer Lopez, Patrisiya Kaas, Enrike İqlesias, Beyons və Alla Puqaçova iştirak ediblər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən toy mərasimi martın 26-da Moskvanın “Safisa” restoranında baş tutub. Biznesmenin oğlunun İnquşetyadan olan Xədicə Uxaşova adlı qızla evləndiyi bildirilir. Qız Evdakimov adına Moskva Tibbi – Stomatoloji Universitetinin tələbəsidir. Xədicə Uxaşova mərasimə Fransanın “Ellie Saab” şirkəti tərəfindən hazırlanan gəlinlikdə daxil olub. Gəlinliyin ümumi çəkisi 25 kiloqram olub.

Mərasimdə, həmçinin Elton Con da iştirak edib. Toyun aparıcısı İnquşetiyanın xalq artisti Tamara Yandıyeva olub. Toy mərasimində ümumilikdə 600 nəfər iştirak edib.

Qonaqları şəxsən Səid Quçeriyev qarşılayıb, onlar məclisi tərk edən də isə hər birinə hədiyyələr təqdim edib. Mərasimə qatılanlar siyahısında İnquşetiyanın ilk prezidenti Ruslan Auşev və hazırkı prezident Yunus bek Evkurov da olub.

Məlumatda, həmçinin Cennifer Lopezin mərasimə qatılmaq üçün 5 milyon, Elton Conun isə 7 milyon avro aldığı bildirilir.

Xatırladaq ki, Səid Quçeriyevin “Russneft” şirkətinin əsas səhmdarı, “Bin” qrupun şərikidir. Onun maraq dairəsinə banklar, tikinti, əmlak sektorları, həmçinin pensiya fondu və investisiyalar daxildir.

“Forbes” jurnalının Rusiyanın ən varlı şəxsləri siyahısında Quçeriyev 5,9 milyard dollarlıq sərvətlə 16-cı pillədə qərarlaşıb.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti