Kilsələr polis nəzarətinə götürülüb

Kilsələr polis nəzarətinə götürülüb
  27 Mart 2016    Oxunub:1894
`Pasxa` bayramı ilə əlaqədar Türkiyə polisi təhlükəsizlik tədbirlərini gücləndirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bayramla əlaqədar Türkiyədə yaşayan xristianlara qabaqcadan xəbərdarlıq edilib.

Dini ayinləri yerinə yetirmək üçün kilsələrə axın edən xristianlara terrorla əlaqədar öncədən ehtiyyatlı olmaq göstərişi verilib. Məhz buna görə, türk polisi kilsələrin qarşısında növbə çəkir və kilsəyə daxil olan bütün vətəndaşlar yoxlanılır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti