Tramp yenə Putini təriflədi: `O, əsl liderdir`

Tramp yenə Putini təriflədi: `O, əsl liderdir`
  27 Mart 2016    Oxunub:2461
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan iş adamı Donald Tramp yenidən Rusiya prezidenti Vladimir Putini tərifləyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bundan öncəki çıxışında dediyi kimi, bu dəfə də Putinin güclü lider olduğunu bildirib.

“Putinlə bağlı çıxışım düzgün başa düşülmədi. Mən Putinin əsl lider olduğunu söyləmişdim. Yenə bu düşüncədəyəm. O, sözün əsl mənasında liderdir”-deyə Tramp vurğulayıb.

Qeyd edək ki, D.Tramp CNN-ə açıqlamasında Putinin Obamadan güclü lider olduğunu bildirmişdi. Onun bu çıxışı geniş əks-səda doğurmuşdu.

Rüstəm
AzVision.az


Teqlər:  





Xəbər lenti