Peskov ilk dəfə qırmızı şalvarından danışdı - FOTO

Peskov ilk dəfə qırmızı şalvarından danışdı - FOTO
  27 Mart 2016    Oxunub:2431
Qırmızı şalvarı ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov haqqında deyilənlərə ilk dəfə münasibət bildirib.
Peskov niyə qırmızı şalvar, sarı çəkmə geyinməsinə belə aydınlıq gətirib:

“Biz sadə həyat yaşayırıq. Gecə saat 12-dən sonra bəzən adamın yuxusu gəlmir. Həyat yoldaşım ezamiyyətdə idi. Uşaqla “2” aldığına görə savaşırsan və yuxun gəlmir. Maşına oturursan və yuyucuya gedirsən. Mən də həmin gün evdə geyindiyim kimi qırmızı şalvarla maşına əyləşib, avtoyuyucuya getdim”.

Pesvok qırmızı şalvarının müzakirə mövzusuna çevrilməsinə görə utandığını gizlətməyib.




Teqlər:  





Xəbər lenti