Türkiyədə qadınlar əsgər gedəcək

Türkiyədə qadınlar əsgər gedəcək
  27 Mart 2016    Oxunub:3694
Türkiyədə kişilərlə yanaşı, qadınlar da hərbi xidmətə gedəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Müdafiə Nazirliyi və Baş Qərargahın hazırladığı islahatlar paketində əks olunub.

Dəyişikliyə əsasən qadınlar könüllü olaraq qısa müddətli hərbi xidmətə cəlb olunacaqlar. Bu müddət ərzində qadınlar üçün təlimlər keçiriləcək.

Qeyd edək ki, qadınların hərbi xidməti dünyanın bir çox ölkəsində təəccüblü hadisə sayılmır. Hətta İsrail və Norveçdə qadınlar məcburi hərbi xidmətə yollanırlar. İsraildə onların məcburi hərbi xidməti 2 il davam edir.

Avstriya, Danimarka, Estoniya, Finlandiya, İsveçrə, Litva və Yunanıstan kimi Avropa ölkələrində bu, könüllü əsaslara söykənir.

AzVision.az


Teqlər:  





Xəbər lenti