Türkiyədən Rusiyaya barışıq mesajı

Türkiyədən Rusiyaya barışıq mesajı
  27 Mart 2016    Oxunub:3214
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Türkiyə ilə Rusiya arasındakı böhran müvəqqətidir” fikrinə münasibət bildirib.
Davudoğlu da çıxışında Rusiya ilə Türkiyə arasında yaşanan siyasi böhranın müvəqqəti olduğunu diqqətə çatdırıb.

“Bunun daimi bir qarşıdurma olmadığını dəfələrlə bildirmişik. Bu böhranın müvəqqəti olduğuna biz də inanırıq, tarixi və coğrafi baxımdan Türkiyə və Rusiyanın yaxşı münasibətlər qurmağa məcbur olduğunu başa düşürük. Çünki bu coğrafiyanı dəyişdirə, ortaq maraqlarımızı görməyə bilmərik. Ümid edirəm ki, bu böhranı geridə qoymaq üçün qarşılıqlı addımlar atılacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti