Pakistanda növbəti terror: 65 ölü, 300 yaralı (VİDEO)

Pakistanda növbəti terror: 65 ölü, 300 yaralı (VİDEO)
  28 Mart 2016    Oxunub:11568
Pakistanda növbəti dəfə partlayış baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Lahor şəhərində parkda baş verən partlayış nəticəsində azı 38 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

İlkin məlumata görə, ölən və yaralananların əksəriyyəti qadınlar və uşaqlardır.

***

Partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

***

Lahor şəhərində parkda baş verən partlayış nəticəsində ölənlərin sayı getdikcə artır. Ən son məlumatlara görə, terro aktı zamanı 65 nəfər həlak olub. 300-dən çox insanın yaralandığı bildirilir.


AzVision.az


Teqlər:  





Xəbər lenti