Putin Əsədi təbrik etdi

Putin Əsədi təbrik etdi
  28 Mart 2016    Oxunub:1775
Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədi Palmira şəhərinin azad olunması münasibətilə təbrik edib.
Bu barədə Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Suriya prezidenti ilə telefon danışığında Vladimir Putin suriyalı hərbçilərin Palmira şəhərini terrorçulardan azad etməsi münasibətilə həmkarını təbrik edib, həmçinin dünya mədəniyyəti üçün unikal tarixə malik olan bu şəhərin qorunmasının vacibliyini bildirib”, - deyə, Peskov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti