Dəhşətli terror zamanı 34 uşaq ölüb - 15 nəfər tutulub

Dəhşətli terror zamanı 34 uşaq ölüb - 15 nəfər tutulub
  28 Mart 2016    Oxunub:2687
Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 300-dən çox insan yaralanıb.

Terror aktı zamanı 34 uşaq ölüb, 60-a yaxını yaralanıb. İlkin araşdırmalara əsasən, partlayıcı maddənin gücü trotil ekvivalentində 8-10 kq olub. Terror aktını törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Artıq Lahor şəhərində baş vermiş terror aktına görə məsuliyyəti "Taliban" öz üzərinə götürüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti