Trampın Bakıya gələn qızı ana oldu - FOTO

Trampın Bakıya gələn qızı ana oldu - FOTO
  28 Mart 2016    Oxunub:12857
ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə baba olub.
AzVision.az `Associated Press`-ə istinadən xəbər verir ki, milyarderin qızı İvanka Tramp üçüncü dəfə ana olub.

Cared Kuşnerlə evli olan İvanka Tramp yeni doğulan körpəyə Teodor Ceyms adını verib.

Seçkiöncəsi kampaniyalarda qızının hamiləliyindən tez-tez danışan Tramp bu barədə açıqlama verməyib.

İvanka Tramp sahibkarlıq, yazıçı və fotomodel kimi fəaliyyət göstərir.

Xatırladaq ki, İvanka Tramp 2014-cü ilin oktyabrında Azərbaycana gələrək “Tramp Tower”-in tikinti işləri ilə tanış olub.

Qeyd edək ki, Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə ən real namizədidir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti