Dəhşətli təyyarə qəzasının səbəbi: Dayan! Hara? Dayan!

Dəhşətli təyyarə qəzasının səbəbi: Dayan! Hara? Dayan!
  28 Mart 2016    Oxunub:11613
Rusiyanın Rostov-na-Donu şəhərində Dubaydan qayıdan Boeing-737 təyyarəsinin qəzaya uğramasının səbəbi pilotların səhvi olub.

AzVision.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “qara qutu”nun oxunmasından sonra məlum olub. Belə ki, təyyarənin endirilməsi zamanı pilotlar arasında münaqişə baş verib.

Pilotlardan biri hündürlüyə qalxmağa, sürət yığmağa cəhd edib. Digər pilot isə buna qarşı çıxaraq təyyarənin ön hissəsinin aşağı salınmasının düzgün olduğunu bildirib.

Pilotlardan biri “Dayan. Hara? Dayan! Dayan!” sözləri ilə digərini dayandırmağa çalışıb və eyni zamanda şturvalı itələyərək hündürlüyə qalxmağın qarşısını almağa çalışıb. Lakin bu alınmayıb və təyyarə yerə çırpılıb.

Səhvin hansı pilot tərəfindən edildiyi dəqiq deyil. Çünki, pilotların səsi oxşardır.

Qeyd edək ki, qəza zamanı 62 nəfər ölüb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti