Rus turistlər Bakıya axışır - Satışlar 3 dəfə artıb

Rus turistlər Bakıya axışır -  Satışlar 3 dəfə artıb
  28 Mart 2016    Oxunub:6359
Rusiyanın “Kommersant” qəzeti vətəndaşların hansı xarici ölkələrdə istirahət etməsi ilə bağlı araşdırma aparıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Misirə aviareyslərin ləğv olunması və Türkiyəyə “putyovka”ların satışına qadağa qoyulandan sonra rus turistləri həm ölkə daxili - Krım, Krasnodar kimi bölgələrə, həm də qonşu postsovet respublikalarına səfər etməyə üstünlük verirlər.

“Gürcüstan, Azərbaycan və Ermənistana bron edilən turların sayı 50% artıb”, - deyə Delfin şirkətinin baş direktoru Sergey Romaşkin bildirib. Şirkətin qiymətləndirməsinə əsasən bu yay Gürcüstana 200-300 min rus turist səfər edəcək.

“İnturist” turizm agentliyinin satış direktoru Sergey Tolçin isə Azərbaycan, Ermənistan və Gürcüstan istiqamətində satışların 3 dəfə artdığını deyib.

“Azərbaycan istiqamətində satışlar 3 dəfə artsa da, bazar üçün böyük göstəricidən söhbət getmir”.

“DaTravel.com” turizm saytının baş redaktoru Vladislav Şevçov isə rus turistlər arasında Bişkek, Tbilisi və Bakının populyar olduğunu bildirib “Yanvar-aprel aylarında Bakı və Tiflis istiqamətində satılan biletlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb”.

Turizm ekspertləri bu tendensiyanı rusiyalı turistlərin Türkiyə və Misir yerinə yeni istirahət marşrutu axtarması ilə əlaqələndirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti