Sarkisyan niyə Əliyevdən qabaq ABŞ-a gedir?

Sarkisyan niyə Əliyevdən qabaq ABŞ-a gedir?
  28 Mart 2016    Oxunub:2771
Bu gün Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a səfəri başlayır.
AzVision.az xəbər verir ki, Sarkisyan ilk növbədə Bostona gedəcək.

Sarkisyanın orada Massaçusets ştatının qubernatoru, erməni icmalarının liderləri və Konqress nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Ermənistan prezidenti, həmçinin Massaçusets Texnologiya Universitetinə baş çəkəcək, universitetin tibbi laboratoriyası ilə tanış olacaq, erməni alimləri və “Luys” fondunun məzunları və təqaüdçüləri ilə görüşdə iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti