Yəhudilərə xəbərdarlıq edildi: `Türkiyəni tərk edin`

Yəhudilərə xəbərdarlıq edildi: `Türkiyəni tərk edin`
  28 Mart 2016    Oxunub:2517
İsrail Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, rəsmi Təl-Əviv İsrail vətəndaşlarını terror təhlükəsi ilə əlaqədar Türkiyəni tərk etməyə çağırıb.

İsrailin bu addımı İŞİD və PKK terror qruplaşmasının Türkiyədə növbəti dəfə terror aktı törədəcəyi ehtimalı ilə əlaqələndirilir.

Türkiyə İsrailin təhlükəli ölkələr siyahısına salınıb.

Qeyd olunub ki, martın 19-da İstanbulun İstiqlal prospektində törədilən terror aktı nəticədə İsrail vətəndaşlarının ölməsi bu ölkənin daha da təhlükəli olduğunu deməyə əsas verir: “Növbəti terror aktının baş verə biləcəyi təhlükəsi ilə vətəndaşlarımızın Türkiyəyə səfər etməkdən çəkinməyi çağırırıq”.

Xatırladaq ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti