Putin Ruhani ilə Suriyanı müzakirə etdi

Putin Ruhani ilə Suriyanı müzakirə etdi
  28 Mart 2016    Oxunub:1489
Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Vladimir Putinlə Həsən Ruhani Suriyadakı vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, Palmira şəhərinin İŞİD-dən azad olunması Suriyada terrorçu qruplara qarşı mübarizə kontekstində əlamətdar hadisədir.

Bundan başqa Rusiya və İran prezidentləri ikitərəfli münasibətlərə dair gündəmdə olan aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

AzVision.az




Teqlər:  





Xəbər lenti