Aqramunt İntiqam Əliyevin azad edilməsini alqışladı

Aqramunt İntiqam Əliyevin azad edilməsini alqışladı
  28 Mart 2016    Oxunub:2086
AŞPA prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb.

AzVision.az xəbər verir ki, diplomat şəxsi "Twitter" səhifəsində İ. Əliyevin azadlığa buraxılmasını doğru addım kimi qiymətləndirib və bildirib ki, Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir.

Qeyd edək ki, Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib. Plenum kassasiya protestini təmin edib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması haqda qərar qəbul edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti