8 ayda 5359 terrorçu məhv edilib - Ərdoğan

8 ayda 5359 terrorçu məhv edilib - Ərdoğan
  28 Mart 2016    Oxunub:1432
2015-ci ilin iyulundan bu günə qədər Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 5359 terrorçu məhv edilib.
AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, PKK-ya qarşı əməliyyatlar zamanı 355 türk hərbçisi həlak olub.

Ərdoğan hərbi əməliyyatların PKK tam məhv olana qədər davam edəcəyini vurğulayıb.

Ərdoğan həmçinin əlavə edib ki, bu günə qədər terror qruplaşmaları ilə əlaqəsi olan 28 min xarici ölkə vətəndaşının ölkəyə girişinə qadağa qoyulub: “O, cümlədən 3500 xarici vətəndaşın terror qruplaşmaları ilə bağlı əlaqələrinin olduğu təsbit edilib. Onlar barədə vətəndaşı olduğu ölkələrə bu barədə məlumat verilərək ekstradisiya olunub”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti