Fidel Kastro Obamanı ələ saldı: `Adamı infarkt edər...`

Fidel Kastro Obamanı ələ saldı: `Adamı infarkt edər...`
  28 Mart 2016    Oxunub:3396
Kuba inqilabının lideri Fidel Kastro ABŞ prezidenti Barak Obamanın iki ölkənin yaxınlaşması barədə sözlərinə skeptik yanaşıb.

AzVision.az xəbər verir ki, bu barədə Kastronun “Granma” qəzetində “Qardaş Obama” adlı məqaləsi dərc olunub.

Qeyd edək ki, amerikalı lider Kubaya səfəri zamanı bəyan edib ki, “soyuq müharibə” bitib və Vaşinqton Havana dost əlini uzadır.

Məqaləsində Kastro Obamanın sözlərini ironiya ilə “bal ayında verilən vəd” kimi qiymətləndirib.

“ABŞ prezidentini dinləyən zaman adam infarkt ola bilər”, - deyə Kastro ABŞ rəhbərliyinin 60 il ərzində Kuba hökumətinə qarşı düşmən hərəkətlərini sadalayarkən yazıb.

“Bu nəcib və fədakar xalqın öz şöhrət və hüquqlarından imtina edəcəyinə dair illüziyaya qapılmaq lazım deyil. Biz özümüz ehtiyacımız olan ərzaqları istehsal etməyə hazırıq. İmperiyanın verdiyi hədiyyələrə ehtiyacımız yoxdur”, - deyə məqalədə vurğulanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti