Türkiyə 6 ölkəyə nota verdi

Türkiyə 6 ölkəyə nota verdi
  28 Mart 2016    Oxunub:2824
Türkiyə Almaniya, İtaliya, Fransa, Niderland, Kanada və Polşaya nota göndərib.
AzVision.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, buna səbəb bu ölkələrin nümayəndlərinin “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara nümayəndəsi Ərdəm Gülün məhkəməsində iştirak etməsidir.

Qeyd olunub ki, bu ölkələrdəki Türkiyə səfirlikləri artıq notaları təqdim edib.

Qeyd edək ki, ötən il noyabrın 26-da casusluğa görə həbs edilmiş C.Dündar və Ə.Gül 2016-cı il fevralın 26-da Konstitusiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti