MKİ şefinin Moskva səfərinin sirri

MKİ şefinin Moskva səfərinin sirri
  29 Mart 2016    Oxunub:2228
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brennanın Moskva səfərinin əsas məqsədi Suriya ilə bağlı olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib.

"Brennan ABŞ hakimiyyətinin Suriyada siyasi keçidə əhəmiyyətli dəstəyini təsdiq edib, həmçinin siyasi keçid prosesini yüngülləşdirmək üçün Bəşər Əsədin gedişinə ehtiyac olduğunu bildirib. Bu Suriya xalqının iradəsini əks etdirərdi", - deyə ABŞ səfirliyinin nümayəndəsi vurğulayıb.

İddialara görə, C.Brennan Rusiyanın rəsmi şəxsləri ilə görüşdə Kremlin Əsəd rejimi ilə birgə Suriyada atəşkəsə dair vədini pozmamalı olduğunu diqqətə çatdırıb.

Brennan Rusiyaya səfəri zamanı Rusiya XİN-nə baş çəkməyib. Onun Rusiya Federal Təhlükəsizlik Xidmətində və daha bir qurumda görüş keçirdiyi bildirilir.

Rusiya xarici işlər nazirinin müavini Oleq Sırmolotov isə ABŞ rəsmisinin bu açıqlamasını inkar edərək bildirib ki, Con Brennanın martın əvvəlində Moskvaya səfərinin Rusiya hərbi kontingentinin Suriyadan çıxarılması ilə heç bir əlaqəsi yoxdur.

"Brennanın burada olması gizlədilməyib. Lakin o, Rusiya Xarici İşlər Nazirliyində olmayıb. Dəqiq bilirəm ki, o, Federal Təhlükəsizlik Xidmətində və hansısa başqa qurumda olub. Brennanın Moskvaya səfəri ilə Rusiya hərbi kontingentinin böyük bir hissəsinin Suriyadan çıxarılması haqqında qərarın heç bir əlaqəsi yoxdur. Bunlar tamamilə ayrı-ayrı məsələlərdir", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti