Kerrinin köməkçisi təcili Moskvaya gedir

Kerrinin köməkçisi təcili Moskvaya gedir
  29 Mart 2016    Oxunub:1964
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Tomas Şennon martın 31-nə qədər Moskvada səfərdə olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd edilib

Bildirilib ki, dövlət katibi Con Kerridən sonra Şennon da Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək.

Dövlət Departamentinin nümayəndəsinin ABŞ-ın Moskvadakı səfirliyinin təşkil edəcəyi bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən həftə Con Kerri Moskvada iki günlük səfərdə olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti