ABŞ İntiqam Əliyevin azadlığa buraxılmasını alqışladı

ABŞ İntiqam Əliyevin azadlığa buraxılmasını alqışladı
  29 Mart 2016    Oxunub:1706
ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi İntiqam Əliyevin şərti azadlığa buraxılması qərarını alqışlayıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, İntiqam Əliyevin şərti azadlığa buraxılması martın 17-də Azərbaycan prezidenti tərəfindən imzalanan əfv sərəncamının davamıdır.

Qeyd olunub ki, ABŞ digər müsbət addımlar üçün Azərbaycan hökuməti ilə işləməyi səbirsizliklə gözləyir.

Avropa İttifaqının xarici siyasət idarəsi də İntiqam Əliyevin şərti azadlığa buraxılmasına münasibət bildirib.

Qeyd olunub ki, bu ayın əvvəlində siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycan daha bir müsbət irəliləyişə imza atıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti