Təyyarəni qaçıran professor imiş – Hədəf Türkiyə olub (VİDEO)

Təyyarəni qaçıran professor imiş – Hədəf Türkiyə olub (VİDEO)
  29 Mart 2016    Oxunub:16066
“EgyptAir” şirkətinin məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.

AzVision.az `The Telegraph`-a istinadən xəbər verir ki, təyyarəni 27 yaşlı İbrahim Samaha adlı şəxs qaçırıb.

Misirin “Əl Əhram” qəzeti ölkənin güc strukturlarına istinadən xəbər verir ki, Samaha Atlanta Universitetinin professorudur.

“Əl-Ərəbiyə” telekanalının yaydığı məlumatda isə İbrahim Samahanın əvvəlcə təyyarəni Türkiyəyə qaçırmaq istədiyini, lakin yanacaq çatışmazlığı ilə bağlı təyyarəni Kiprdə yerə endirmək məcburiyyətində olduğu bildirib.


***
11:26

“EgyptAir” şirkətinin məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxs beş xarici vətəndaş və ekipaj üzvləri istisna olmaqla digər sərnişinlərə təyyarənin göyərtəsini tərk etməyə icazə verib.

Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Misir rəhbərliyinin yaydığı məlumatda isə təyyarəni qaçıran şəxsin Larnaki aeroportunun rəsmiləri ilə danışıqlara başladığını bildirilib.

Təyyarəni qaçıran şəxsin Kipr rəhbərliyindən sığınacaq və tərcüməçi istəyib.

AzVision.az təyyarədən girovların azad olunması kadrtlarını əks etdirən videonu təqdim edir:



***
11:09
Larnaka aeroportu Kipr polisi tərəfindən boşaldılıb və mühasirəyə alınıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

"Associated Press" nəşri təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşır.

***
10:36

Misirdə İsgəndəriyyədən Qahirəyə uçan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.

AzVision.az “Reuters” - ə istinadən xəbər verir ki, “Egypt Air” aviaşirkətinə məxsus təyyarədə 81 nəfər olub.

Məlumatda təyyarənin göyərtəsində silahlı şəxsin ola biləcəyi bildirilir. Hazırda təyyarə Kiprin Larnaki hava limanında yerə enib.




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti