`Kababın dadı hələ də damağımdadır` - Silvester Stallone

`Kababın dadı hələ də damağımdadır` - Silvester Stallone
  29 Mart 2016    Oxunub:4871
Dünya kinosunun ən məşhur simaları Silvester Stallone, Al Paçino və Arnold Şvatsneqer gizlicə İstanbula gəliblər.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, dünya ulduzları İstanbula əylənmək üçün gəliblər.

İllər öncə, sınaq çəkilişləri üçün İstanbula səfər edən aktyorlar Türkiyənin gözəlliyinə valeh olduqlarını gizlətməmişdilər.

“Hər yeri tarix və sənət qoxur. Qəhvə və kababın dadı hələ də damağımdadır. Yenidən oraya getmək istəyərəm, bəlkə orada bir film çəkərik”, -deyə Stallone bildirmişdi.

Məşhur aktyor dediklərini gerçəkləşdirimək üçün İstanbula yollanıb.

“Xaç atası” filminin unudulmaz aktyoru Al Paçino və “Terminator” ləqəbli Arnold Şvartsneqerla birlikdə İstanbula gələn Stallone Qaraköydə gecə klubunda səhərə kimi əyləniblər. Hollivud ulduzları bundan sonra film çəkilişləri üçün Yunanınstana gediblər.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti