Nalbandyan Sarkisyanın prezident postunu əlindən alır

Nalbandyan Sarkisyanın prezident postunu əlindən alır
  29 Mart 2016    Oxunub:2776
Ermənistanın diplomatik dairələrində 2018-ci ildə ölkə prezidenti postunu hazırki xarici işlər naziri Edvard Nalbandyanın tutacağı haqda xəbərlər yayılıb.
Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.

Nəşr yazır ki, Ermənistanın yeni konstitusiyasına əsasən Ermənistan prezidentini parlament seçir, onun səlahiyyətləri olduqca az olacaq və əsl hakimiyyət baş nazirin əlində cəmləşəcək.

Qəzetin yaydığı xəbərə görə, Ermənistanda indiyə qədər prezident postuna Konstitusiya məhkəməsinin sədri Qaqik Aratunyan, Ermənistanın Böyük britaniyadakı səfiri Armen Sarkisyan, Prezident Administrasiyasının sədri Viqen Sarkisyan və Milli Təhlükəsizik Şurasının sabiq sədri Artur Baqdasaryanın gətiriləcəyinə dair məlumatlar yayılmışdı. Bu siyahıda XİN rəhbəri Edvard Nalbandyanın adının çəkilməsi yenidir.

Ehtimal edilir ki, Ermənistanın yeni prezidenti Edvard Nalbandyan olacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti